14.05.2011

Hindistan Ali məhkəməsi “şərəf naminə adam öldürmə” cinayətinə görə ölüm cəzasını qüvvədə saxlayıb

Hindistan Ali Məhkəməsi 11 may 2011-ci il tarixli qərarı ilə “şərəf naminə adam öldürmə” cinayətinə görə ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin ölüm cəzasına məhkum edilə bilməsini dəstəkləyən qərarını açıqlayıb.  Məhkəmə həmin qərarında ailəsindən imtina edərək yaxın qohumu ilə münasibətə başlayan qızını öldürən ataya (Baqvan Dass) qarşı irəli sürülən ittihamı təsdiq edib. Hakimlər Markandey Katyu və Qyan Misra tərəfindən çıxarılan qərarda “şərəf naminə adam öldürmə” cinayəti ölüm cəzasına layiq olan “ən nadir hallardan da nadir hal” kimi təsnifləşdirilib. Məhkəmə mövcud cinayətkar təcrübəni barbar, feodalizm qalığı və xalqın adına ləkə kimi xarakterizə edib. Məhkəmə ölüm cəzasını preventiv cəza kimi məsləhət görüb və belə cinayəti törətmək istəyənlərin “asılma” ilə ölümə məhkum ediləcəklərini bildirib. Hazırda aşağı məhkəmələrin belə cinayətlərə görə ölüm cəzası vermələrinə baxmayaraq, Ali Məhkəmədə bu barədə hələ də mübahisələr mövcuddur. Bu ilin aprel ayında Ali Məhkəmə əsasən müsəlmanlar arasında yayılmış bu adətin tamamilə qanuna zidd olmasını bəyan etmiş və bu cinayətlərə son verilməsini təkid etmişdir. Belə ki, Keçən ilin iyun ayında Ali Məhkəmə insan hüquqlarının müdafiəsi təşkilatlarının çoxsaylı müraciətlərinə əsasən mərkəzi hökumət və 7 ştat hökumətindən bu cinayətin azaldılması yönündə attığı addımların izah edilməsini tələb etmişdi.

Anar Ramazanov/Hukuk Haber 
Qaynaq: Jurist

13.05.2011

ABŞ-ın Minnesota ştatının senatı eynicinslilərin nikahını qadağan edən referendum aktını təsdiq edib

Minnesota ştatının senatı 11 may 2011-ci il tarixində eynicinslilərin nikahını qadağan edən konstitusiya düzəlişini təsdiq edib. Qərarın lehinə 38, əleyhinə 27 senator səs verib ki, yalnız bir Demokrat senator dəyişikliklərin dəstəklənməsində Respublikaçılara qoşulub. Minnesota qanunvericiliyi hazırda nikahın qadın və kişi arasında baş tutmasını müəyyən edir, lakin bununla belə bir çox təşəbbüskarlar konstitusiyaya belə dəyişikliyi eynicinslilərin nikahının gələcəkdə məhkəmə tərəfindən qanuniləşdirilməsinin qarşısını almaq məqsədi ilə təklif ediblər. Bundan sonra bu qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edilməlidir. Əgər Nümayəndələr Palatasında da təsdiq edilərsə, o zaman 2012-ci ilin noyabr ayında yenidən seçicilərə səsverməyə təqdim ediləcək. Aparılan sorğular belə nikahların qanuniləşdirilməsi tərəfdarlarının artdığını göstərməsinə baxmayaraq, eynicinslilərin nikahı ABŞ-da ən mübahisəli və ciddi fikir ayrılıqları yaradan məsələ olaraq qalır. Keçən ay Montana ştatında məhkəmənin bununla əlaqədar bir iddianı rədd etməsi əslində dövlətin eynicinslilərin münasibətinə hüquqi status verməyini zəruri edib. Həmçinin apreldə İndiana ştatının senatı böyük üstünlüklə eynicinslilərin və “mahiyyətcə eynilərin” nikahını qadağan edən konstitusiya əlavəsini qəbul edib. Habelə fevral ayında Vayominq ştatının senatı da eynicinslilərin nikahını və başqa yurisdiksiyalarda fəaliyyət göstərən vətəndaş birliklərinin fəaliyyətini qadağan edən qanun layihəsini qəbul edib. Eynicinslilərin nikahı yalnız  Massaçusets, Konnektikut, Ayova, Vermont, Nyu-Hempşir və Vaşinqton ştatlarında qanunla icazə verilir.

Anar Ramazanov/Hukuk Haber 
Qaynaq: Jurist 

4.05.2011

Çinin ölüm cəzasını məhdudlaşdıran qanunu qüvvəyə mindi / Çin'de idam cezasını kısıtlayan yasa kabul edildi

Çin Xalq Konqresi tərəfindən fevral ayında qəbul edilmiş 13 cinayət üzrə ölüm cəzasının ləğvini nəzərdə tutan qanunvericilik düzəlişləri 1 may tarixində qüvvəyə mindi.  Bu cinayətlərin siyahısına vergidən yayınma, maliyyə saxtakarlığı, qiymətli metalların, habelə mədəni abidələrin və nadir heyvanların qaçaqmalçılığı, cinayət metodlarının təlimi, qədim mədəni irsin talanması kimi qeyri-zorakı və iqtisadi xarakterli cinayətlər daxildir.  Həmin düzəlişlərlə keyfiyyətsiz ərzaq məhsulları istehsalçıları üçün daha ağır cəzalar, habelə ölüm cəzasını nəzərdə tutan qanun da qüvvəyə minmişdir.  Digər bir qanunla da Çində ictimai yerlərdə qapalı məkanlarda siqaret çəkilməsi qadağan edilmiş və sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə cəzalar daha da sərtləşdirilmişdir.

Anar Ramazanov/Hukuk Haber
Qaynaq: Jurist


Çin Halk Kongresi tarafından şubat ayında kabul edilmiş 13 suça dair idam cezasının kaldırılmasını içeren yasal düzenlemeler 1 mayıs tarixinden itibaren yasalaştı.  Bu suçlara vergi kaçırma, maliye dolandırıcılığı, değerli metal, kültür mirası ve nadir bulunan hayvan kaçakçılığı, suç yöntemlerinin öğretimi, tarihi kültür mirasının çalınması gibi şiddet içermeyen ve finansal suçlar aittir. Bu düzenlemelerle kalitesiz gıda mahsulleri üreticileri için daha ağır cezalar, aynı zamanda idamı da içeren tasarı da yasalaştı. Diğer bir yasayla da Çin'de kamuya açık yerlerde kapalı alanlarda sigara içilmesi yasaklanmış ve içkili araba kullanılmasına karşı cezalar daha da ağırlaştırılmıştır.

Anar Ramazanov/Hukuk Haber
Kaynak: Jurist

28.04.2011

Beyons video oyunu ilə bağlı müqavilədən imtina edib / Beyonce video oyunu ile ilgili sözleşmeden vazgeçti

Video oyunu şirkəti olan Gate Five LLC məşhur müğənni Beyonsu Nyu-York məhkəməsinə vermişdir. Buna səbəb isə  müğənninin şirkət ilə əvvəlki razılaşmanı pozaraq yeni razılaşma bağlamaq barədə təklifi verməsi olmuşdur. Belə ki, Beyons “Starpower: Beyonce” adlı video oyunu yaratmaqla layihədən imtina etmiş və şirkətin iddiasına əsasən bu, şirkətə real zərər olaraq 7 milyon ABŞ dolları, əldən çıxmış fayda şəklində isə 100 milyon ABŞ dolları məbləğində zərər vurmuş, 70 nəfər isə işini itirmişdir.

Qaynaq: FindLaw


 
Video oyunu şirketi Gate Five LLC ünlü şarkıcı Beyonce'a karşı New York mahkemesine baş vurdu. Buna sebep ise  şarkıcının şirketle önceki sözleşmesini bozarak yeni sözleşme yapmakla ilgili teklifte bulunması olmuştur. Şöyle ki, Beyonce “Starpower: Beyonce” adlı video oyunu yapmakla projeden vazgeçmiş ve şirketin iddaasına göre bununla da onlar 7 milyon ABD doları zarara uğramış, 100 milyon ABŞ doları miktarında ise beklenen gelirden olmuşlar, 70 kişiyse işini kaybetmiştir.

Kaynak: FindLaw

27.04.2011

Latviya hüquqşünasları ədəbsiz (əxlaqsız) sözlərin siyahısını tələb edirlər / Letonya hukukçuları küfürlü kelimelerin listesini talep ediyorlar

Latviyanın DELFİ internet portalının verdiyi məlumata əsasən Latviyada hüquqşünaslar cəmiyyəti Dövlət Dil Mərkəzinə müraciət edərək bütün əxlaqsız sözlərin tam rəsmi siyahısını tələb etmişdir. Bundan əlavə, hüquqşünaslar cəmiyyəti Mərkəzin ekspertlərindən latış dilində istifadə edilən əcnəbi əxlaqsız sözlərə dair şərhlər vermələrini də tələb etmişdir. Cəmiyyətin nümayəndəsi İvars Redisons mətbuata açıqlamasında bildirmişdir ki, mövcud qanunvericilik əxlaqsız sözlərdən istifadəyə görə inzibati məsuliyyət nəzərədə tutur. Lakin bununla yanaşı, belə sözlərin dəqiq siyahısı heç bir hüquq normasında müəyyən edilməyib. Redisons həmçinin bir maraqlı məqama da diqqət çəkib ki, belə sözlərin istifadəsində fonetik kriteriyalar (düzgün tələffüz) qanunvericilikdə nəzərə alınmır və hətta təcrübədə “əlaqəsiz səslər yığımı” da söyüş kimi qəbul edilə bilər.

Hüquqşünasların belə sorğusuna səbəb 2010-cu ildə Riqa şəhər meri Nil Uşakova qarşı ölkədə rezonans doğuran işin (araşdırmanın) başlanmasıdır. Merə qarşı işin başlanmasına səbəb isə 2009-cu ilin dekabr ayında Riqa şəhər dumasında bir neçə ədəbsiz sözün işlədilməsi olmuşdur. Uşakovun məsuliyyətə cəlb edilməsi tələbi ilə Latviya millətçi partiyası “Visu Latvijai!”nin lideri Reyvis Dzintars çıxış etmişdi. 2010-cu ilin may ayında isə bu işə cinayət tərkibi olmadığına görə xitam verildi, mer isə öz növbəsində ictimaiyyət qarşısında üzr istədi.

Bundan daha əvvəl, 2009-cu ildə isə Latviya seymində “Ədəbsiz leksika: nəzəriyyə və təcrübə” adlı mühazirə oxunmuşdu. Parlamentin etika komitəsinin bildirdiyinə görə bu mühazirənin məqsədi tez-tez ədəbsiz ifadələrdən istifadə edən deputatları “qarşılıqlı hörmətə çağırmaq” olmuşdur, lakin dinləməyə 100 deputatın 15-i gəlmişdi.

Anar Ramazanov/Hukuk Haber

Qaynaq: Lenta


Letonyanın DELFİ internet sitesinin açıklamasına göre Letonyada hukukçular cemiyeti Devlet Dil Merkezine baş vurarak tüm küfürlü kelimelerin tam resmi listesini talep etmiştir. İlaveten hukukçular cemiyyeti Merkezin eksperlerinden letoncada kullanılan yabancı küfürlü kelimelere ait açıklama verilmesini de talep etmişler. Cemiyyet yetkilisi İvars Redisons'un basın  açıklamasında mevcut yasaların küfürlü kelimeler kullanımına kabahet yasası gereğince ceza verdiğini ifade etmişdir. Ancak bununla birlikte küfürlü kelimelerin kesin listesi hiçbir yasada belirtilmemiştir. Redisons aynı zamanda daha bir enteresan duruma da dikkat çekerek, kelimelerin kullanımında fonetik kriterlerin (doğru söyleniş) yasalarda olmadığını ve hatta pratikte "alakasız sesler yığınının" dahi küfür olarak kabul edilebilmesinin mümkün olduğunu belirtmiştir.

Hukukçuların böyle bir başvuruda bulunmasına 2010 senesinde Riga kent valisi Nil Uşakov'a karşı ülkede büyük yankı uyandıran araştırmanın başlaması neden olmuşdur. Valiye karşı araştırmanın başlamasına sebep ise 2009 senesinin aralık ayında Riga kent meclisinde birkaç küfürlü kelimenin kullanılması olmuştur. Uşakov'un dava edilmesini Letonya milletçi partisi “Visu Latvijai!”nin lideri Reyvis Dzintars talep etmişti. 2010 senesinin mayıs ayında ise cinayetle alakası bulunmadığı gerekçesiyle dava düştü, vali ise  halk karşısında özür diledi.

Bu olaydan önce 2009 senesinde ise Letonya seyminde “Küfürlü kelimeler: teori ve pratik” ad altında konferans verilmişti. Millet Meclisinin etik komisyonunun söylediğine göre bu konferansın amacı sıklıkla küfürlü kelimeler kullanan millet vekillerini “karşılıklı saygıya davet etmek” olmuştur, ancak dinlemelere 100 millet vekilinin yalnızca 15-i katılmıştır.

Anar Ramazanov/Hukuk Haber

Kaynak: Lenta

26.04.2011

Macarıstan Prezidenti yeni Konstitusiyanı təsdiqlədi / Macaristan Cumhurbaşkanı yeni Anayasanı onayladı

Macarıstan Milli Assambleyası (Parlament) tərəfindən keçən həftə 262-yə qarşı 44 səs çoxluğu ilə qəbul edilmiş yeni Konstitusiyanı dünən (25.04.2011) ölkə Prezidenti Pal Schmitt imzalamışdır. HRW tərəfindən açıqlanan hesabata görə yeni Konstitusiya “diskriminasiyanı genişləndirir” və əlil insanların, qadınların və LGB-lərin hüquqlarını təhlükədə qoyur. Avropa Şurasının Venesiya Komissiyası da Macarıstanın Konstitusiyanın təsdiqi ilə bağlı hərəkətini tənqid edən mövqeyini açıqlayıb.  Belə ki, Komissiyadan Konstitusiyanın təsdiqindən əvvəl rəy bildirilməsi istənilsə də, sənədin vaxtında verilməməsi səbəbindən bu mümkün olmamışdır.
Bundan başqa, Konstitusiya bir sıra dəyişikliklər nəzərdə tutur, məsələn, dövlət borcu ölkə ÜDM-nin 50%-ni keçə bilməz. Həmçinin Fiskal Şura ilə bağlı islahatlarla bu Şuraya büdcə ilə bağlı veto hüququ və mart ayının sonuna kimi illik büdcənin təsdiqlənməməsi halında onun parlamenti buraxmaq hüququ verilmişdir. Eyni zamanda, nikahın  qadın və kişi arasındakı ittifaq olması ilə bağlı anlayışı və dölün həyatının yarandığı andan başlandığını və o andan etibarən qorunmalı olduğunu nəzərdə tutan müddəanı qeyd etmək olar. Konstitusiyada Macarıstanda 1944-1990-cı illərdə mövcud olmuş kommunist və sosialist mühitini mühakimə edən və 20 il əvvəl başlamış demokratiyanın möhkəmləndirilməsini nəzərdə tutan yeni preambulanı da qeyd etmək lazımdır.

Şəmşir Qurbanov / HukukHaber


Macaristan Ulusal Asamblesi (Millet Meclisi) tarafından geçen hafta 262-ye karşı 44 oyla kabul edilen yeni Anayasanı dün (25.04.2011) Cumhurbaşkanı Pal Schmitt imzalamıştır. HRW tarafından açıklanan rapora göre yeni Anayasa “ayrımcılığı genişletiyor” ve özürlülerin, kadınların və LGB-lerin hukuklarını tehlikeye sokuyor. Avrupa Konseyi Venedik Komisyonu da Macaristanın Anayasanı onaylaması ile ilgili eleştirisel tutumunu açıklamıştır. Şöyle ki, Komisyon'dan Anayasanın onaylanmasından önce görüş beyan etmesi istense de belgelerin zamanında ulaştırılmaması nedeniyle bu mümkün olmamıştır.
Bundan başka Anayasada birçok değişiklikler yapılmıştır, misal, devlet borcu GSMH-nin 50%-ni geçemez. Aynı zamanda Mali Konsey'le ilgili reformlarla bu Konsey'e bütçeye veto koymak yetkisi ve mart ayının sonuna kadar yıllık bütçenin onaylanmaması durumunda ona Ulusal Asamble'yi seçime göndermek yetkisi verilmiştir. İlaveten nikahın kadın ve erkek arasında birlik olmasıyla ilgili kavramı ve ceninin hayatının yarandığı andan başladığını ve o andan itibaren savunulmalı olduğunu içeren hükümleri söylemek mümkündür. Anayasada Macaristanda 1944-1990 senelerinde mevcut olmuş komunist ve sosyalist durumunu yargılayan ve 20 sene önce başlamış demokrasinin güçlendirilmesini içeren yeni önsözü de söylemek gerekir.

Şemşir Gurbanov / HukukHaber

25.04.2011

Quranı yandıran amerikana məhkəmədən xeyirxahlıq! / Kur'an yakan ABD'liye yargıdan kıyak!

ABŞ-da bu günlərdə yenidən Quran yandırmaq istəyən rahib qorxusu yaşanır. Rahibin yeni bir provokasiyası üçün təhlükə davam edərkən, daha əvvəl Quran yandıran bir amerikana məhkəmədən yaxşı xəbər gəldi.

Aksiyaya görə işdən çıxarılan Derek Fenton haqqında "vəzifəyə bərpa" qərarı verildi. Fentonu işdən çıxaran şirkət yüksək təzminat ödəyəcək.

Fenton keçən il 11 sentyabr hadisələrinin ildönümündə Manhettendə ictimai bir yerdə Quranın səhifələrini yandırmışdı.

Derek Fenton aksiyasının məqsədinin 11 sentyabr xarabalıqları yaxınlarında nəzərdə tutulan məscid layihəsini tənqid etmək olduğunu bildirmişdi.

New Jersey Tranzit Şirkəti aksiyadan sonra Fentonu işdən çıxardıb. CNN Türk-ün xəbərinə görə Fentonun başladığı məhkəmə işi apellyasiyaya göndərildi. Məhkəmə Fentonun vəzifəyə bərpa edilməsi ilə birlikdə yüksək miqdarda bir təzminat da müəyyən edib.

Derek Fenton işləmədiyi hər gün üçün 331 dollar və mənəvi təzminat kimi 25 min dollar alacaq.

Qaynaq: Hukuki Haber



ABD'de bugünlerde yeniden Kur'an yakmaya çalışan rahip endişesi yaşanıyor. Rahibin yeni bir provokasyonu için alarm sürerken, daha önce Kur'an sayfalarını yakan bir Amerikalıya yargıdan iyi haber geldi.

Eylemi yüzünden işten atılan Derek Fenton için "göreve iade" kararı alındı. Fenton'ı işten çıkaran şirket yüklü tazminat ödeyecek.

Fenton geçen yıl 11 Eylül saldırılarının yıldönümünde, Manhattan'da, halka açık bir alanda, Kur'an sayfalarını yakmıştı.

Derek Fenton, eyleminin amacının 11 Eylül enkazı yakınlarında cami projesini eleştirmek olduğunu iddia etmişti.

New Jersey Transit Şirketi, eylem sonrasında Fenton'ı işten çıkardı. CNN Türk'ün haberine göre; Fenton'ın açtığı dava tahkime gitti. Mahkeme Fenton'ın göreve iadesinin yanısıra yüklü bir tazminata da hükmetti.

Derek Fenton, çalışmadığı her gün için 331 dolar ve 25 bin dolar manevi tazminat alacak.

Kaynak: Hukuki Haber

22.04.2011

"Köçürülmə planı və ya köçürülmə təlimatını hazırlayan şəxs və ya təşkilatın seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydası" təsdiq edilmişdir / "Taşınma planı veya taşınma talimatını hazırlayan şahıs veya teşkilatın seçimine ait müsabakanın yapılması Yönetmeliği" onaylanmıştır

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanına əsasən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 263 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti "Köçürülmə planı və ya köçürülmə təlimatını hazırlayan şəxs və ya təşkilatın seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydası"nı təsdiq etmişdir. Ətraflı bax: Nazirlər Kabinetinin rəsmi internet səhifəsinə.


  
"Toprakların devlet ihtiyaçları için alınması hakkında" Azerbaycan Cumhuriyeti Yasası'nın uygulanmasıyla ilgili ek tedbirlere dair" Azerbaycan Cumhuriyeti Cumhurbaşkanının 15 şubat 2011 tarihli 382 sayılı Fermanına  göre "Toprakların devlet ihtiyaçları için alınması hakkında" Azerbaycan Cumhuriyeti Yasası'nın uygulanmasıyla ilgili ek tedbirlere dair" Azerbaycan Cumhuriyeti Cumhurbaşkanının 24 mayıs 2010 tarihli 263 sayılı Fermanının 1.6-cı maddesinin uygulanmasını sağlamak amacıyla Azerbaycan   Cumhuriyetinin  Bakanlar Kurulu "Taşınma planı veya taşınma talimatını hazırlayan şahıs veya teşkilatın seçimine ait müsabakanın yapılması Yönetmeliği"ni onaylamıştır. Ayrıntılı olarak bak: Bakanlar Kurulu'nun resmi sitesi.

Samsung Apple şirkətini məhkəməyə verdi / Samsung Apple şirketine dava açtı

Aşağıda verdiyimiz xəbərin ardı olaraq bildirək ki, Samsung şirkəti də öz növbəsində eyni əsaslarla - əqli mülkiyyət hüquqlarının pozulması iddiası ilə Apple şirkətini eyni zamanda 3 şəhərdə - Seul (Cənubi Koreya), Tokyo (Yaponiya) və Manheymdə (Almaniya) məhkəməyə verdi. Şirkət iddia edir ki, Apple onun 10 patentindən qanunsuz istifadə etmişdir. Xatırladaq ki, Apple şirkəti Samsungu Galaxy markalı smartfonları vasitəsilə onun iPad və İphone markalarını yamsılamaq iddiası ilə Kaliforniya məhkəməsinə vermişdir.

Qaynaq: Associated Press



Aşağıda yayınlanan haberin devamı olarak Samsung şirketinin de aynı gerekçelerle - telif haklarının ihlali iddaasıyla Apple şirketine karşı aynı anda 3 şehirde - Seul (Güney Kore), Tokyo (Japonya) ve Manheym'de (Almanya) dava açtı. Şirketin iddaasına göre Apple onun 10 patentini yasadışı kullanmıştır. Hatırlatmak gerekir ki, Apple şirketi Samsung'u Galaxy markalı smartfonları yoluyla onun iPad ve iPhone markalarını tekrarlamakla suçlayarak Kaliforniya mahkemesine baş vurmuştur.

Kaynak: Associated Press

21.04.2011

ABŞ prokurorluğu Quranın yandırılması tərəfdarına qarşı ittiham irəli sürməyə hazırlaşır / ABD savcılığı Kuran'ın yakılması taraftarına karşı iddaa sunmaya hazırlanıyor

Röyters xəbər agentliyinin məlumatına görə Ueyn dairəsinin prokurorluğu (Miçiqan ştatı) prokuror Kim Uortinin rəhbərliyi ilə Dirbon şəhəri dairə məhkəməsinə yevangelist pastor Terri Consa Quranın yandırılmasının qadağan edilməsi ilə bağlı vəsatət verib.
Pastor   Terri Cons Dirbon şəhərində ABŞ-ın ən böyük məscidinin yerləşdiyi “Amerika İslam Cəmiyyəti”nin qarşısında nümayiş keçirməyi nəzərdə tutub. Uorti şəhər prokurorunun fikrinə görə bu tədbir amerikan müsəlmanlarını aqressiyaya    və kütləvi qanunsuzluqlara təhrik edə bilər. Bununla əlaqədar olaraq prokuror məhkəmə vasitəsilə adıçəkilən nümayişləri qadağan etmək istəyir. Məhkəməyə təqdim edilən sənədlərə Dirbon şəhər polisinin gələcək nümayişin potensial təhlükəsi barədə hesabatı əlavə olunub.  
Polis öz hesabatında iddia edir ki, belə mitinqin keçirilməsi zamanı ictimai qaydanı qorumaq kiçik şəhər üçün çox böyük məbləğlərə başa gələcək. “The Dearborn Patch” qəzetinin yazdığına görə xüsusi olaraq bu nümayişlərə polis vertolyotları, gücləndirilmiş polis dəstələri cəlb edilməli, habelə təhlükəsizliyi təmin etmək üçün çox pul tələb edən digər tədbirlər həyata keçirilməlidir.
Dirborn şəhər məhkəməsinin hakimi dairə prokurorluğunun ərizəsinə 21 apreldə pastor Terric Consun iştirakı ilə baxmağı planlaşdırır.
Bu arada pastor prokurorluğun bu vəsatətinə münasibət bildirərək deyib ki, heç bir məhkəmə onun tədbirinin qarşısını ala bilməyəcək, habelə gözlənilən xərcləri də ödəməyəcək. Həyatına qarşı baş verə biləcək təhlükələrlə bağlı isə deyib ki, buna görə narahat deyil, o, hər zaman üzərində yarımavtomat tipli tapança gəzdirir.
Lakin polisin narahatlığı heç də əbəs deyil. Məlumat üçün qeyd edək ki, 11 sentyabr 2001-ci il terror qurbanlarının xatirəsinə ithaf olaraq pastorun 20 mart 2011-ci il tarixində Quran üzərində simvolik məhkəmə təşkil edərək yandırması bütün islam dünyasında ciddi əks-səda doğurmuşdu. Hətta Əfqanıstanda fanatiklərin təşkil etdiyi etiraz aksiyası onlarla insan ölümü ilə nəticələnmişdi.

Anar Ramazanov/HukukHaber


Reuters haber ajansının haberine göre Wayne bölge savcılığı (Michigan) savcı Kim Uortin'le Dirbon kent bölge mahkemesine rahip Terry Johnes'a Kuran'ın yakılmasının yasaklanmsıyla ilgili başvuru yaptı.
Rahip Terry Johnes Dirbon kentinde ABD'nin en büyük camisinin bukunduğu “Amerika İslam Cemiyeti”nin önünde gösteri düzenlemeyi planlıyor. Worti şehir savcısının düşüncesine göre bu gösteri amerikan müslümanlarını agressivliye ve toplu şekilde yasaları ihlal etmeye tahrik edebilir. Bununla ilgili olarak savcı mahkeme yoluyla bahsi geçen gösterini yasaklamak istiyor. Mahkemeye takdim edilen evraklara Dirbon kent polisinin gösterinin olası tehlikeleri ile ilgili raporu eklenmiştir.
Polis kendi raporunda böyle gösteriler zamanı kamu düzenininin korunmasının küçük şehir için çok büyük paralara mal olduğunu iddaa ediyor. The Dearborn Patch gazetesinin yazdığına göre bu gösterilere  özel olarak polis helikopterleri, özel kuvvet polisleri gönderilmeli, aynı zamanda güvenliği sağlamak adına çok para harcanmasına neden olan başka önlemler alınmalıdır.
Dirborn şehir mahkemesinin yargıcı bölge savcılığının başvurusuna 21 nisanda pastor rahip Terry Johnes'un katılımıyla bakmayı planlıyor.
Bu arada rahip savcılığın bu başvurusuyla ilgili olarak hiçbir mahkemenin onun gösteri yapmasını engelleyemeyeceği ve aynı zamanda öngörülen harcamaları da ödemeyeceği ile ilgili açıklama yapmıştır.  Yaşam güvenliği konusundaysa bir sorun yaşamadığını, her zaman yanında yarıotomatik tabanca bulundurduğunu söylemiştir.
Ancak polisin rahatsızlığı hiç de boşuna değil.  Hatırlarsak 11 eylül 2001 terör kurbanlarının anısına rahip tarafından 20 mart 2011 tarihinde Kuran'a karşı sembolik mahkeme düzenlenerek yakılması tüm islam dünyasında ciddi yankı bulmuştu. Hatta Afganistanda fanatiklerin düzenlediği gösteri onlarca insanın ölümüyle sonuçlanmıştı.

Anar Ramazanov/HukukHaber